Robert Simmons: “Gürcüstan NATO-ya üzv qəbul olmazdan əvvəl Rusiya ilə problemlərini həll etməlidir”

Robert Simmons: “Gürcüstan NATO-ya üzv qəbul olmazdan əvvəl Rusiya ilə problemlərini həll etməlidir”
# 26 sentyabr 2007 11:07 (UTC +04:00)
“Ermənistan NATO-ya daxil olmağa hazırlaşmır. Bir daha bəyan edirəm ki, İPAP proqramında iştirak ölkənin alyansa daxil olmağa hazırlaşması ilə bağlı deyil”. APA-nın məlumatına görə, bu fikirləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Robert Simmons “Panarmenian” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, alyansa üzv olmaq istəyən Ukrayna və Gürcüstan kimi ölkələr başqa qrafik üzrə çalışacaqlar: “Gürcüstana gəldikdə isə, bu ölkə ilk öncə qonşu dövlətlərlə münasibətləri normallaşdırmalı, daha sonra NATO-ya üzv qəbul olunmaq istəyini açıqlamalıdır. Biz qarşıdurmanın iştirakçısı olmaq istəmirik, NATO-nun başqa məqsədi var. İstənilən halda Gürcüstan 2008-ci ildə alyansın üzvü olmayacaq. Bu, çox uzun müddət tələb edən prosesdir. Əgər irəli sürülən tələblər yerinə yetirilsə, o zaman növbəti mərhələ haqqında danışmaq olar. Bildiyimə görə, Azərbaycan da yaxın dövrlərdə NATO-ya daxil olmaq niyyətində deyil. Bu gün NATO-nun genişləndirilməsi məsələsi gündəmdə deyil”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR