Gürcüstanın xarici işlər naziri rusiyalı həmkarı ilə görüşdən imtina edib

Gürcüstanın xarici işlər naziri rusiyalı həmkarı ilə görüşdən imtina edib
# 26 sentyabr 2007 13:03 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili BMT Baş Assambleyasının sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla nəzərdə tutulan görüşdən imtina edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, G. Bejuaşvili görüşün başlamasına 3 saat qalmış işinin çoxluğunu əsas gətirərək rusiyalı həmkarı ilə danışıqlardan vaz keçib. S. Lavrov bunu gürcü-osetin və gürcü-abxaz münaqişəsi zonasındakı vəziyyətin müzakirəsindən qaçmaq kimi qiymətləndirib: “Mənə xəbər verdilər ki, Bejuaşvili prezident Saakaşvilinin proqramı ilə məşğul olduğundan görüşdə iştirak edə bilməyəcək. Onlar hər hansı alternativ təklif də irəli sürmədilər və bu, bizi narahat edir. Gürcüstan tərəfinin Cənubi Osetiyada və Abxaziyadakı problemlərlə bağlı xoş olmayan söhbətdən qaçması onlara şərəf gətirmir”. S. Lavrovun sözlərinə görə, danışıqlar faktlar əsasında, açıq aparılmalıdır, faktlar isə Abxaziya Antiterror Mərkəzinin əməkdaşlarını öldürülməsi də daxil olmaqla, provokasiyaların davam etdiyini göstərir: “İstintaqın məlumatına görə, gürcü xüsusi təyinatlılarının tələbindən sonra onlar silahı yerə qoyublar və bundan sonra faktiki olaraq edam ediliblər, birinin isə boğazı kəsilib”. S. Lavrov gürcü xüsusi təyinatlılarının bundan sonra da bu cür hərəkət edəcəyinə dair rəsmi Tiflisin bəyanatlarından qəzəbləndiklərini də söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR