İrakli Okruaşvilinin tərəfdarları etiraz aksiyalarına başlayacaq

İrakli Okruaşvilinin tərəfdarları etiraz aksiyalarına başlayacaq
# 28 sentyabr 2007 09:59 (UTC +04:00)
Sentyabrın 27-də həbs olunmuş Gürcüstanın sabiq müdafiə və iqtisadi inkişaf naziri İrakli Okruaşvilinin tərəfdarları müqavimət hərəkatına başlamağa qərar veriblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, İ. Okruaşvilinin yeni yaratdığı “Vahid Gürcüstan Naminə” Partiyasının nümayəndəsi Giorgi Tortladze bu gün yerli vaxtla saat 14.00-da parlamentin binası qarşısına toplaşacaqlarını bildirib: “Kim bu cür yaşamaq istəmirsə, gəlsin. Biz müqavimət hərəkatına başlayırıq”. Respublika Partiyasının üzvü Levan Berdzenişvili isə qorxu hissi olmayan bütün ləyaqətli insanların parlamentin qarşısına toplaşacağını söyləyib: “Onların min nəfər, yaxud iki min nəfər olması vacib deyil. Əsas odur ki, Okruaşvili hər şeyi öz adı ilə söylədi və dedi ki, “kral lütdür”. Bundan sonrası texniki məsələlərdir”. Gürcüstan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Levan Nikoleişvili və parlamentin deputatı Georgi Saqareişvili də İ. Okruaşvilinin həbsini kəskin pisləyiblər. Sabiq baş nazir Zurab Jvaniyanın həyat yoldaşı Nino Kadagidze-Jvaniya isə bildirib ki, gələn həftənin birinci günü onun İ. Okruaşvili ilə görüşü nəzərdə tutulmuşdu. Həmin görüşdə keçmiş nazir Z. Jvaniyanın ölümü ilə bağlı sənədləri ona təqdim etməliymiş.
Xatırladaq ki, İ. Okruaşvili sabiq baş nazirin Saburtalo küçəsindəki mənzildə yox, başqa yerdə öldürüldüyünü və bundan sonra meyitinin həmin yerə aparıldığını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR