Cənubi Osetiya separatçılarının lideri qardaşını Abxaziyaya səfir göndərib

Cənubi Osetiya separatçılarının lideri qardaşını Abxaziyaya səfir göndərib
# 28 sentyabr 2007 13:10 (UTC +04:00)
Cənubi Osetiya separatçılarının lideri Eduard Kokoytı qardaşı Robert Kokoytını tanınmamış “Abxaziya Respublikası”na səfir göndərib. APA-nın Gürcüstanın “Rustavi 2” telekanalına istinadən verdiyi məlumata görə, Suxumiyə gedən R. Kokoytı deyib: “Dövlətimizi qədim, gözəl Abxaziyada təmsil etmək mənim üçün böyük şərəfdir. Xalqlarımızı çoxəsrlik dostluq telləri birləşdirir və biz bu münasibətləri davam etdirmək istəyirik”. R. Kokoytı etimadnaməsini separatçı Abxaziya rejiminin başçısı Sergey Baqapşa təqdim edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR