Mixail Saakaşvili: “Parlament və prezident seçkiləri 5 ildən bir, eyni vaxtda keçirilməlidir”

Mixail Saakaşvili: “Parlament və prezident seçkiləri 5 ildən bir, eyni vaxtda keçirilməlidir”
# 17 oktyabr 2007 09:37 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili parlament çoxluğu ilə görüşündə minimum seçki baryerinin 5 faizə endirilməsini təklif edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvili prezidentin parlamenti buraxmaq səlahiyyətinin məhdudlaşdırılmasını və parlamentin səlahiyyət müddətinin 5 ilə çatdırılmasını da məqsədəuyğun sayıb. O bildirib ki, ölkədə parlament və prezident seçkiləri 5 ildən bir, eyni vaxtda keçirilməlidir.
Qeyd edək ki, Gürcüstanda prezident və parlament seçkiləri gələn ilin payızında, eyni vaxtda keçiriləcək. Müxalifət isə parlament seçkilərinin 2008-ci ilin yazında keçirilməsini tələb edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR