Eduard Şevardnadze: “Rusiya Abxaziya münaqişəsini həll etməsə, dünya ictimaiyyəti Soçi Olimpiadasını boykot etməlidir”

Eduard Şevardnadze: “Rusiya Abxaziya münaqişəsini həll etməsə, dünya ictimaiyyəti Soçi Olimpiadasını boykot etməlidir”
# 22 oktyabr 2007 14:52 (UTC +04:00)
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze dünya ictimaiyyətini Rusiyanın Abxaziya münaqişəsini həll etməyəcəyi təqdirdə 2014-cü ildə Soçidə keçiriləcək Olimpiya oyunlarını boykot etməyə çağırıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, E. Şevardnadze bu təklifini Almaniyanın keçmiş xarici işlər naziri Hans Ditrix Genşerlə görüşündə səsləndirib: “Mən Genşerlə söhbətimdə gürcü əhalisinin Abxaziyanın Qal rayonuna qaytarılmasına görə Putini təriflədim. Eyni zamanda bildirdim ki, bu, hələ başlanğıcdır. Əgər Rusiya Abxaziya və Cənubi Osetiya problemlərini həll etməsə, 1980-ci ildə Əfqanıstana qoşun yeridən Sovet İttifaqı kimi cəzalandırılmalıdır”. Xatırladaq ki, 1980-ci ildə bir çox ölkə SSRİ-nin Əfqanıstana qoşun yeritməsinə etiraz olaraq Moskvada keçirilən Olimpiya oyunlarını boykot etmişdi. E. Şevardnadzenin fikrincə, Abxaziya da Rusiya tərəfindən işğal olunub və bu səbəblə Soçi Olimpiadasını boykot etməyə əsas var. E. Şevardnadze deyib ki, onun Genşerlə görüşündə Rusiyanın Almaniyadakı səfiri də iştirak edib. Eks-prezident səfirdən sözlərini Vladimir Putinə çatdırmasını xahiş etdikdə diplomat inciyib və görüşü tərk edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR