Tiflisdəki Azərbaycan məktəbinə gürcü direktor təyin olunacağı təqdirdə məktəb kollektivi və valideynlər etiraz aksiyası keçirəcəklər

Tiflisdəki Azərbaycan məktəbinə gürcü direktor təyin olunacağı təqdirdə məktəb kollektivi və valideynlər etiraz aksiyası keçirəcəklər
# 26 oktyabr 2007 09:15 (UTC +04:00)
Məktəbin direktoru Salman Pirməmmədovun APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, Təhsil Nazirliyi tərəfindən bu vəzifəyə 3 nəfərin namizədliyi irəli sürülüb: “Qaydaya əsasən, məktəbdə fəaliyyət göstərən müəllimlər və valideynlərdən ibarət Qəyyumlar Şürası təqdim olunan namizədlərdən birini seçməlidir. Əgər şura iki dəfə göstərilmiş namizədlərdən birini seçmirsə, üçüncü dəfə artıq Təhsil Nazirliyi özünün seçdiyi namizədi direktor təyin edir”. Pirməmmədovun sözlərinə görə 73 saylı məktəbin Qəyyumlar Şurası artıq ikinci dəfə irəli sürülmüş namizədlərdən imtina edib: “Bizim artıq seçim yolumuz qalmadı, yeganə çıxış yolumuz ehtiraz etməkdir”. Qeyd edək ki, məktəbin müəllim kollektivi və valideynlər məktəbə director vəzifəsinə gürcü təyin edildiyi halda etiraz aksiyasına başlayacaqlarını bildiriblər. Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxovun APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, Təhsil Nazirliyi məktəb direktorlarını seçmək üçün xüsusi imtahanlar keçirib. Həmin imtahanlardan isə cəmi yeddi azərbaycanlı keçə bilib. Qeyri-rəsmi məlumatlara görə, onlardan ikisi attestasiya mərhələsində imtahanlardan xaric olunub. Poluxovun sözlərinə görə Gürcüstanda 124 Azərbaycan məktəbi var, imtahanların nəticələrinə əsasən, onlardan yalnız yeddisi azərbaycanlı direktorla təmin oluna bilər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR