Gürcüstan müxalifətinin Tiflisin mərkəzində keçirəcəyi mitinqə icazə verilib

Gürcüstan müxalifətinin Tiflisin mərkəzində keçirəcəyi mitinqə icazə verilib
# 01 noyabr 2007 13:04 (UTC +04:00)
Tiflis şəhər meriyası ölkə müxalifətinin noyabrın 2-də paytaxtın mərkəzində keçirəcəyi mitinqə icazə verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Tiflis meri Georgi Uqulava jurnalistlərə açıqlamasında bildirib ki, aksiya iştirakçılarının hüquqları hökumət tərəfindən müdafiə olunacaq: “Gürcüstan hökuməti ölkənin bütün vətəndaşlarının, o cümlədən hökumətdən xoşu gəlməyənlərin də hökumətidir. Bizim vəzifəmiz Konstitusiyada əksini tapmış söz azadlığını, həmçinin insanların təhlükəsizliyini təmin etməkdir. Mitinqlər əvvəl də keçirilib, bundan sonra da olacaq. Bu, demokratik həyatın tərkib hissəsidir”.
Qeyd edək ki, birləşmiş müxalifətin parlamentin binası qarşısında keçiriləcək aksiyası yerli vaxtla saat 14-də başlayacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR