Tiflisin mərkəzində müxalifətin izdihamlı aksiyası başlayır - - FOTOSESSİYA

Tiflisin mərkəzində müxalifətin izdihamlı aksiyası başlayır - - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 02 noyabr 2007 10:51 (UTC +04:00)
Bunlar əsasən regionlardan - Acarıstan, Kaxeti, Svaneti, Samqrelo və İmeretidən gələnlər olub. Gecə boyunca regionlardan yola çıxan avtomobil karvanları paytaxta daxil olub və parlamentin binasına doğru yönəlib. Müxalifət tərəfdarları parlamentin binası qarşısında süni dar ağacı qurub. Dar ağacına kəndirin əvəzinə qızılgül budağı qoyulub və budaqdan prezident Mixail Saakaşvilinin portreti asılıb. Müxalifət liderləri insanları müvəqqəti olaraq dağılışmağa və səhər yenidən meydana gəlməyə çağırıb. Mühafizəkar Partiyanın lideri Zviad Dzidziquri jurnalistlərə açıqlamasında insanlara yatıb-dincəlmək imkanı verdiklərini söyləyərək noyabrın 2-dən etibarən izdihamlı mitinqlərə başlayacaqlarını və aksiyaların qələbəyə qədər davam edəcəyini bildirib. Müxalifətin əsas tələbi parlament seçkilərinin daha əvvəl - Konstitusiya dəyişikliyinə qədər müəyyənləşdirilmiş tarixdə, yəni 2008-ci ilin aprelində keçirilməsidir. Xatırladaq ki, Konstitusiya dəyişikliyindən sonra parlament və prezident seçkilərinin 2008-ci ilin sonlarında, eyni gündə keçirilməsi qərarlaşdırılır. Xalq Partiyasının lideri Koba Davitaşvili isə prezident Mixail Saakaşvilini müxalifətlə dialoqa çağırıb: “Biz dialoq və növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyirik. Dialoq olmayınca, dağılışmayacağıq. Saakaşvili, gəl danışıqlar masasına oturaq. Nəyisə biz güzəştə gedərik, nəyisə sən güzəştə gedərsən, məsələ həll olunar”.
Qeyd edək ki, hələlik Tiflisdə ictimai asayişin pozulması faktı qeydə alınmayıb. Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün qapadılıb. Piyadaların hərəkətinə isə əngəl törədilmir. Ətraf küçələrdə hüquq-mühafizə orqanlarının çoxlu sayda əməkdaşı, həmçinin təcili yardım maşınları dayanıb. Parlamentin binası yaxınlığındakı firma mağazaları və zərgərlik məmulatları satılan yerlər qapalıdır. Yaxınlıqdakı məktəblərdə dərslər dayandırılıb. Müxalifət saat 14-də meydana 100 mindən çox adamın toplaşacağını gözləyir. /APA/

















#
#

ƏMƏLİYYAT İCRA OLUNUR