Eduard Şevardnadze Gürcüstanda vətəndaş müharibəsi təhlükəsinin olduğunu bildirib

Eduard Şevardnadze Gürcüstanda vətəndaş müharibəsi təhlükəsinin olduğunu bildirib
# 02 noyabr 2007 13:34 (UTC +04:00)
Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ölkə rəhbərliyini müxalifətlə kompromis axtarmağa və qan tökülməyə imkan verməməyə çağırıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, E. Şevardnadze bəyan edib ki, hazırkı vəziyyətdə ölkədə hər şey hakimiyyətdən asılıdır: “Qan tökülsə, Gürcüstanda xaos və fəlakət baş verəcək, vətəndaş müharibəsi təhlükəsi yaranacaq”. Eks-prezidenti hökuməti təmkin və çeviklik nümayiş etməyə çağırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR