Gürcüstana qaçaqmal keçirməyə çalışan erməni həbs edilib

Gürcüstana qaçaqmal keçirməyə çalışan erməni həbs edilib
# 02 noyabr 2007 15:25 (UTC +04:00)
Gürcü sərhədçiləri bu gün Ermənistanla sərhəddəki “Axaltsixe” keçid məntəqəsində “UAZ” markalı avtomobili saxlayıblar. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, avtomobildə 400 litr maşın yağı və 55 yeşik yuyucu toz aşkarlanıb. Qaçaqmalı Gürcüstana keçirməyə çalışan Ermənistan vətəndaşı həbs edilib. Fakt üzrə dövlət sərhədinin pozulması maddəsi ilə cinayət işi qaldırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR