Gürcüstan müxalifəti prezidentdən mövqe bildirməsini tələb edir

Gürcüstan müxalifəti prezidentdən mövqe bildirməsini tələb edir
# 02 noyabr 2007 16:54 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, 1 saata yaxın davam edən görüşdən sonra müxalifət təmsilçiləri ətraflı şərh verməyərək bildiriblər ki, onları ilk növbədə prezidentin mövqeyi maraqlandırır. “Gürcüstan yolu” Hərəkatının lideri, keçmiş xarici işlər naziri Salome Zurabişvili görüşdə N. Burcanadzeni müxalifətin tələbləri ilə tanış etdiklərini söyləyib: “Tələblər yerinə yetirilməyənə qədər aksiyamız davam edəcək”. Respublika Partiyasının təmsilçisi David Berdzenişvili isə hakimiyyətin hələlik müxalifətə hər hansı cavab verə bilmədiyini vurğulayıb: “Onların mövqeyi yoxdur. Ölkədəki vəziyyət birbaşa prezidentin mövqeyindən asılıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR