Mixail Saakaşvili Gürcüstanda parlament seçkilərinin nəzərdə tutulan vaxtda keçiriləcəyini bildirib

Mixail Saakaşvili Gürcüstanda parlament seçkilərinin nəzərdə tutulan vaxtda keçiriləcəyini bildirib
# 05 noyabr 2007 08:26 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili parlament seçkilərinin vaxtının dəyişməyəcəyini və seçkilərin 2008-ci ilin sonlarında keçiriləcəyini bildirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində parlament və prezident seçkilərinin Konstitusiya ilə müəyyən olunduğu kimi, 2008-ci ilin payızında keçiriləcəyini deyib: “Gürcüstanda hər şey Konstitusiyaya və ölkənin maraqlarına uyğun baş verəcək”. Müxalifətin seçki qanunvericiliyinin dəyişdirilməsi barədə təklifinə gəldikdə isə, prezident bu məsələ ilə bağlı dialoqa hazır olduğunu söyləyib: “Biz seçki qanunvericiliyinin təkmilləşdirilməsi üzərində işləməyə hazırıq. Bununla bağlı parlamentdə xüsusi qruplar var və müxalifət bu qruplarla birlikdə çalışa bilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR