Mixail Saakaşvili: “Müxalifət “qızılgül inqilabı”nın səviyyəsiz imitasiyası ilə məşğuldur”

Mixail Saakaşvili: “Müxalifət “qızılgül inqilabı”nın səviyyəsiz imitasiyası ilə məşğuldur”
# 05 noyabr 2007 11:27 (UTC +04:00)
Gürcüstan müxalifəti prezident Mixail Saakaşvilinin istefası tələbi ilə bütün ölkə ərazisində kütləvi aksiyalar keçirməyi müzakirə edir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, müxalifət bu gün səhərdən etibarən dövlət orqanları qarşısında piketlərə başlayıb. İlk piket Daxili İşlər Nazirliyinin qarşısında təşkil olunub. Növbəti piketlərin Baş Prokurorluq və Dövlət Dəftərxanasının qarşısında keçiriləcəyi bildirilir. Prezident Mixail Saakaşvili isə müxalifətin 2003-cü ildə baş vermiş “qızılgül inqilabı”nın səviyyəsiz imitasiyası ilə məşğul olduğunu deyib: “Bu hadisələr adi tənqidə belə davamlı deyil”. Bununla yanaşı, o, etiraz aksiyalarını demokratiyanın ayrılmaz hissəsi hesab etdiyini deyib.
Qeyd edək ki, bu gün müxalifət nümayəndələri ilə parlamentin sədri Nino Burcanadze arasında növbəti görüş keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR