Gürcüstan müxalifətinin bəzi liderləri aclıq aksiyasına başlayıb

Gürcüstan müxalifətinin bəzi liderləri aclıq aksiyasına başlayıb
# 05 noyabr 2007 16:38 (UTC +04:00)
Gürcüstan Xalq Partiyasının lideri Koba Davitaşvili, Milli İstiqlal Partiyasının lideri İrakli Sereteli, “Biz özümüz” Hərəkatının lideri Paata Davitaya, deputat Levan Qaçeçiladze və bir nəfər sıravi müxalifətçi aclıq aksiyasına başlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aclıq aksiyası parlamentin binası qarşısında keçirilir. Onlar müxalifətin etiraz aksiyasında irəli sürülən tələblərin yerinə yetirilməsini istəyirlər. Prezident Mixail Saakaşvili isə bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşüb. Görüşdən sonra iştirakçılar jurnalistlərə bildiriblər ki, prezident müxalifətlə dialoqdan imtina etməsə də, onların tələblərini yerinə yetirmək niyyətində deyil. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR