Gürcüstan telekanalları İrakli Okruaşvilinin hakimiyyət təmsilçiləri ilə gizli telefon danışığı yazılmış lenti yayımlayıb

Gürcüstan telekanalları İrakli Okruaşvilinin hakimiyyət təmsilçiləri ilə gizli telefon danışığı yazılmış lenti yayımlayıb
# 07 noyabr 2007 07:56 (UTC +04:00)
APA-nın məlumatına görə, Okruaşvilinin səsi ilə danışan şəxs Ədliyyə Nazirliyinin rəsmisinə bildirib ki, Mixail Saakaşvili mitinqləri dağıtmaq istəyirsə, hökuməti istefaya göndərərək, onu baş nazir təyin etsin: “Əgər, kömək istəyirsinizsə, prezident məni baş nazir təyin etsin. Mən bunun müqabilində mitinqi dağıtmağa hazıram”. Rəsmi məlumata görə, telefon danışığı noyabrın 3-də qeydə alınıb. Ədliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, bu, Okruaşvilinin gizli telefon danışığının yalnız bir hissəsidir, danışığın tam mətni yaxın günlərdə yayımlanacaq. İrakli Okruaşvili isə telefon danışığı lentinin saxta olduğunu iddia edib: “Düzdür, səs mənim səsimə oxşayır, amma, deməliyəm ki, bu metodlar köhnəlib. Bu, hansısa aktyorun çıxardığı saxta səsdir. İndiki vəziyyətdə normal adam hansısa hakimiyyət nümayəndəsinə zəng edərək, separat danışıqlara getmək kimi axmaqlığa yol verməz. Mən hətta nazir olduğum dövrdə belə öz şəxsi telefonumla heç kimlə, hətta prezidentlə belə danışmamışam. Rəsmi Tiflis sabiq milli təhlükəsizlik naziri İrakli Batiaşvilini həbs etmək üçün bu tryukdan bir dəfə istifadə edib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR