Gürcü xüsusi təyinatlıları gözyaşardıcı qazdan istifadə edərək müxalifətin mitinqini dağıdıb

Gürcü xüsusi təyinatlıları gözyaşardıcı qazdan istifadə edərək müxalifətin mitinqini dağıdıb
# 07 noyabr 2007 10:46 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, əvvəlcə polis əməkdaşları mitinqçiləri ərazidən uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər. Hətta bəzi polis əməkdaşlarının müxalifətin tərəfinə keçdiyi barədə xəbər yayılıb. Bunu görən hüquq-mühafizə orqanlarının rəhbərliyi parlament binasının yaxınlığında gözləyən xüsusi təyinatlı dəstəni müxalifət tərəfdarlarının üzərinə göndərib. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin 2 minə yaxın üzvü əvvəlcə meqafonla camaatdan meydanı tərk etməyi tələb edib. Tələb yerinə yetirilmədikdən sonra aksiya iştirakçılarının güc tətbiq edilməklə dağıdılmasına başlanıb. Əleyhqaz taxmış xüsusi təyinatlılar mitinqçilərin üzərinə gözyaşardıcı qaz buraxıb və yüksək təzyiqlə su püskürən maşınlardan istifadə edib. Son məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifət tərəfdarlarını Rustaveli prospektindən sıxışdıraraq çıxarıb. Yaralanan mitinqçilər və bəzi müxalifət liderləri təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR