Georgi Xaindrava azadlığa buraxılıb

Georgi Xaindrava azadlığa buraxılıb
# 07 noyabr 2007 13:00 (UTC +04:00)
Tiflis şəhər məhkəməsi Gürcüstan müxalifətinin liderlərindən biri Georgi Xaindravanı narkotik maddə qəbul etməkdə günahkar sayaraq onu 500 lari (təxminən 250 dollar) məbləğində cərimələyib və azadlığa buraxıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, G. Xaindrava dövlət ekspertizasına inanmadığını bildirərək narkotik maddə qəbul edib-etmədiyinin araşdırılması məqsədilə yoxlamadan keçməyib. Onun vəkilləri isə bildiriblər ki, müstəqil ekspertiza təşkil edərək G. Xaindravanın günahsız olduğunu sübut edəcəklər. Azadlığa çıxan müxalifət lideri etiraz aksiyalarını davam etdirəcəyini açıqlayıb: “Biz aksiyaları qələbəyə qədər davam etdirəcəyik və Saakaşvili öz ətrafı ilə birlikdə buradan getməyə məcbur olacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR