Gürcü müxalifətçilərinin Rusiya kəşfiyyatçısı olduqları bildirilən şəxslərlə telefon danışıqlarının audioyazısı açıqlanıb

Gürcü müxalifətçilərinin Rusiya kəşfiyyatçısı olduqları bildirilən şəxslərlə telefon danışıqlarının audioyazısı açıqlanıb
# 07 noyabr 2007 14:20 (UTC +04:00)
Gürcüstan Daxili İşlər Nazirliyi bəzi müxalifət liderlərinin Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları ilə telefon danışıqlarının audioyazısını açıqlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, nazirlik Bərabərlik İnstitutu adlı qeyri-hökumət təşkilatının rəhbəri Georgi Xaindrava, “Azadlıq” Hərəkatının lideri Konstantin Qamsaxurdiya və Leyboristlər Partiyasının lideri Şalva Natelaşvilinin Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları ilə mütəmadi görüşdüklərini bildirib. “Mze” telekanalı G. Xaindravanın Rusiya səfirliyində çalışan Pyotr Solomatin və Aleksandr Kurenko ilə Tiflis restoranlarından birində keçirdiyi görüşün videokadrlarını yayımlayıb. Daxili İşlər Nazirliyi bu şəxsləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları olduğunu bildirir. DİN həmçinin Rusiya səfirliyinin müşaviri İvan Volınkinin keçmiş prezident Zviad Qamsaxurdiyanın oğullarından biri Sotne Qamsaxurdiya ilə telefon danışığının audioyazısını və onların görüşünün videoyazısını, Respublika Partiyasının liderlərindən biri Levan Berdzenişvili ilə Şalva Natelaşvilinin Sokolov soyadlı şəxslə telefon danışıqlarının audioyazısını mətbuata təqdim edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR