Gürcüstan paytaxtında müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşmalar başlayıb - FOTOSESSİYA

Gürcüstan paytaxtında müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşmalar başlayıb - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 07 noyabr 2007 14:54 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, xüsusi təyinatlılar əvvəlcə kütlənin üzərinə gözyaşardıcı qaz buraxıb, sonra onların üzərinə hücuma keçib. Aksiyanın dağıdılmasında Daxili Qoşunların və ordunun silahsız əsgərlərindən də istifadə olunur. Metex qalası yaxınlığında polis əməkdaşları ilə mitinqçilər arasında toqquşma baş verib. Son məlumata görə, gənc mitinqçilər polis əməkdaşlarını daşa basaraq onları ərazidən qovur, arxadan isə xüsusi təyinatlılar gəlir. Hadisə yerinə təcili yardım maşınları şütüyür. Metronun fəaliyyəti dayandırılıb. /APA/














#
#

ƏMƏLİYYAT İCRA OLUNUR