Gürcüstanda 15 günlük fövqəladə vəziyyət elan olunub - FOTOSESSİYA

Gürcüstanda 15 günlük fövqəladə vəziyyət elan olunub - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 08 noyabr 2007 07:56 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, iqtisadi inkişaf naziri Giorgi Arveladze ölkədə informasiya alınması və yayılması, nümayiş və kütləvi tədbirlərin keçirilməsi və tətil hüquqlarının məhdudlaşdırıldığını açıqlayıb: “İnformasiyaların toplanması və yayılması İctimai Televiziyadan başqa digər elektron və çap media vasitələrinə qadağan olunur”. Artıq “Rustavi-2” telekanalı tamaşaçıları ilə vidalaşaraq iki həftədən sonra onların görüşünə gələcəyini vəd edib. Dünən axşam iki teleşirkətin “İmedi” və “Kavkasiya”nın yayımı dayandırılıb. Hakimiyyət orqanları bunu həmin televiziyaların efirində zorakılığa və hakimiyyəti devirməyə çağırışların səslənməsi ilə əsaslandırıb. Tiflisin meri Gigi Uqulava bildirib ki, fövqəladə vəziyyət rejiminin ləğvindən sonra telekanalların yayımı bərpa olunacaq. Hazırda yalnız İctimai Televiziya siyasi proqramlar yayımlayır, digər telekanallarda isə bədii filmlər nümayiş olunur. Təhsil naziri Aleksandr Lomaya müxalifətin bir hissəsinin parlamentin sədri Noni Burcanadze ilə danışıqlar apardığını açıqlayıb. Onun sözlərinə görə, dialoqda “müxalifətin sağlam hissəsi” iştirak edir: “Əldə olunan razılaşmalar haqda parlamentin sədri məlumat verəcək”. A. Lomaya 8-9 noyabr tarixlərində şəhər məktəblərində tədrisin dayandırıldığını da bəyan edib. Tiflisdə ictimai nəqliyyatın hərəkəti də müvəqqəti olaraq məhdudlaşdırılıb. Səhiyyə naziri David Tkeşelaşvili 7 noyabrda baş verən hadisələr nəticəsində şəhər xəstəxanalarına 508 nəfərin müraciət etdiyini deyib. Bunlardan 414-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb. Yaralılardan 24-ü polis əməkdaşıdır. Nazir qeyd edib ki, hadisələrdə zərər çəkən bütün şəxslərin müalicəsini dövlət öz üzərinə götürüb. /APA/


















































#
#

ƏMƏLİYYAT İCRA OLUNUR