Gürcüstanda mitinqlərin dağıdılması zamanı 500-dən çox adam zəhərlənib, 3500 nəfər isə müxtəlif bədən xəsarətləri alıb

Gürcüstanda mitinqlərin dağıdılması zamanı 500-dən çox adam zəhərlənib, 3500 nəfər isə müxtəlif bədən xəsarətləri alıb
# 08 noyabr 2007 12:16 (UTC +04:00)
Gürcüstandakı son vəziyyətlə əlaqədar Gürcüstan Azərbaycanlıları Beynəlxalq Şurasının sədri Fazil Əliyev mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, F. Əliyev Tiflisdə müxalifətin təşəbbüsü ilə keçirilən mitinqləri “ümumxalq hərəkatı” adlandırıb. Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların bir qismi də həmin mitinqlərdə iştirak edib və ümumilikdə noyabrın 2-dən başlayaraq 15 siyasi partiyanın, 70-dən çox QHT-nin başladığı mitinqlərə 1500-ə yaxın azərbaycanlı qatılıb. Təşkilat üzvləri Əli Babayev və Ramiz Bəkirov da mitinqdə çıxış edərək, Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı problemləri səsləndirərək, 40-dan çox azərbaycanlının həbsinin səbəblərinə aydınlıq gətirilməsini tələb ediblər. F. Əliyev baş verən olaylarda 500-dən çox insanın mitinqi dağıtmaq üçün istifadə olunan gözyaşardıcı qazlardan zəhərləndiyini, 3500-ə yaxın adamın isə müxtəlif bədən xəsarətləri aldığını da bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR