Gələn il yanvarın 5-də Gürcüstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Gələn il yanvarın 5-də Gürcüstanda növbədənkənar prezident seçkiləri keçiriləcək
# 08 noyabr 2007 16:36 (UTC +04:00)
O, qanunla gələn ilin payızında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin vaxtını dəyişərək seçkiləri yanvarın 5-də keçirməyə qərar verdiklərini açıqlayıb: “Mən öz iradəmlə artıq ikinci dəfədir prezidentlik müddətimi ixtisar edirəm. Hesab edirəm ki, Gürcüstan demokratik ölkədir və yanvarın 5-də xalq iradəsinin nümayişi olacaq”. M. Saakaşvili bu qərarı qəbul etməklə müxalifətə öz gücünü göstərmək şansı verdiyini də söyləyib. O, ölkədə vəziyyətin stabilləşdiyini söyləyərək yaxın günlərdə fövqəladə vəziyyət rejiminin ləğv olunacağını açıqlayıb. Prezident çıxışını tamamladıqdan sonra parlament çoxluğunun nümayəndələri ilə qapalı görüş keçirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR