Gürcüstan parlamenti fövqəladə vəziyyət barədə prezident fərmanını təsdiqləyib

Gürcüstan parlamenti fövqəladə vəziyyət barədə prezident fərmanını təsdiqləyib
# 09 noyabr 2007 14:43 (UTC +04:00)
Gürcüstan parlamenti bu gün keçirdiyi toplantıda ölkədə 15 gün müddətində fövqəladə vəziyyət elan olunması barədə prezident fərmanını təsdiqləyib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, parlament fövqəladə vəziyyət rejiminin hökm sürdüyü müddətdə tətbiq olunan qaydalar haqqında dekreti də təsdiq edib. Dekretdə Konstitusiyada əksini tapan informasiya toplanması və yayılması, nümayiş və kütləvi yığıncaqların keçirilməsi və tətil hüquqlarının məhdudlaşdırılması əksini tapıb. Hər iki sənədin qəbuluna iclasda iştirak edən 149 deputat yekdilliklə səs verib. Parlament müxalifəti isə iclasa qatılmayıb. Parlamentin sədri Nino Burcanadze çıxışında bildirib ki, ölkədə vəziyyət tam normallaşdıqdan sonra fövqəladə vəziyyət ləğv olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR