Gürcüstan Leyboristlər Partiyasının lideri prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir

Gürcüstan Leyboristlər Partiyasının lideri prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir
# 12 noyabr 2007 10:19 (UTC +04:00)
Gürcüstan Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili prezidentliyə namizədliyini irəli sürmək qərarına gəlib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Leyboristlər Partiyasının baş katibi Soso Şatberaşvili bildirib ki, bu qərar prezident Mixail Saakaşvilinin müxalifətə meydan oxumasına verilən cavabdır. O, Ş. Natelaşvilinin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcəyini açıqlayıb. Müxalifətin noyabrın 7-də dağıdılan mitinqindən sonra Ş. Natelaşvilinin harada olduğu hələ də bəlli deyil. Baş Prokurorluq ona qarşı Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd ittihamı ilə cinayət işi qaldırıb. Ancaq prokurorluq partiya liderinin şahid qismində istintaqa çağırılacağını bəyan edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR