Gürcüstanın İsveçrədəki səfiri ölkəsində baş verən hadisələrə etiraz əlaməti olaraq vəzifəsindən istefa verib

Gürcüstanın İsveçrədəki səfiri ölkəsində baş verən hadisələrə etiraz əlaməti olaraq vəzifəsindən istefa verib
# 12 noyabr 2007 13:05 (UTC +04:00)
Gürcüstanın İsveçrə Konfederasiyasındakı səfiri və Cenevrədə yerləşən beynəlxalq təşkilatlardakı missiyalarının rəhbəri Levan Mikeladze vəzifəsindən istefa verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, diplomat Tiflisdə noyabrın 7-də baş verən hadisələrdən sonra bu vəzifədə qalmasının mümkün olmadığını bəyan edib. 11 il Gürcüstanın xarici ölkələrdəki diplomatik missiyalarında çalışmış L. Mikeladze həmkarlarından birinə yazdığı və mətbuatın əlinə keçən elektron məktubunda dinc nümayişçilərə qarşı güc tətbiq edilməsindən məyus olduğunu bildirib: “Mənim qərarım müdafiə etdiyim dəyərlərlə bağlıdır. Mən və gürcü xalqı indiyə qədər çox çətin dövr keçirmişik. Təəssüf ki, bu çətinliklər hələ bitməyib. Amma mən inanıram ki, gürcülər bu böhranı da geridə qoyacaq. Ümid edirəm ki, Gürcüstanda hər şey yaxşı olacaq”. Gürcüstan XİN L. Mikeladzenin istefasını təsdiqləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR