Metyu Brayza Gürcüstana səfər edib

Metyu Brayza Gürcüstana səfər edib
# 12 noyabr 2007 13:14 (UTC +04:00)
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza Gürcüstana səfər edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Brayza bu gün Tiflisdə Gürcüstanın baş naziri Zurab Noqaideli və müxalifət liderləri ilə görüş keçirib. M. Brayza Z. Noqaideliyə ABŞ dövlət katibi Kondoliza Raysın təkliflərini çatdırıb. Təkliflərdən ən əsası ölkədə elan olunmuş fövqəladə vəziyyət rejiminin qısa müddətdə ləğvidir. M. Brayza Gürcüstanda baş verən son hadisələrə görə həm hakimiyyətin, həm də müxalifətin məsuliyyət daşıdığının bildirib. Respublika Partiyasının lideri David Usupaşvili M. Brayza ilə görüşdə Gürcüstanın daxili siyasi həyatına aid olan ən vacib məsələləri müzakirə etdiklərini deyib: “Biz fövqəladə vəziyyət rejiminin ləğvini, siyasi repressiyaların dayandırılmasını və bütün teleşirkətlərin öz yayımını bərpa etməsinə şərait yaradılmasını istədik”. M. Brayzanın müxalifətçilərlə qapalı görüşü iki saata yaxın davam edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR