Gürcüstan müxalifəti prezidentliyə vahid namizədini müəyyənləşdirib

Gürcüstan müxalifəti prezidentliyə vahid namizədini müəyyənləşdirib
# 12 noyabr 2007 15:22 (UTC +04:00)
L. Qaçeçiladze müxalifətin 2-7 noyabr tarixlərində Tiflisin mərkəzində keçirdiyi kütləvi aksiyaların əsas təşkilatçılarından biri olub. O, müxalifətin irəli sürdüyü tələblərin yerinə yetirilməsi üçün aclıq aksiyası da keçirib. L. Qaçeçiladze noyabrın 7-də kütləvi aksiyanın dağıdılması zamanı yaralanıb. Müxalifətin gələn il yanvarın 5-də keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə baş nazir vəzifəsini kimin tutacağı da müəyyənləşib. Bu post keçmiş xarici işlər naziri, “Gürcüstanın yolu” Hərəkatının lideri Salome Zurabişviliyə həvalə olunacaq.
Qeyd edək ki, birləşmiş müxalifətin sıralarında 9 siyasi qüvvə cəmləşib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR