Mixail Saakaşvilinin ABŞ-a səfəri planlaşdırılır

Mixail Saakaşvilinin ABŞ-a səfəri planlaşdırılır
# 13 noyabr 2007 10:42 (UTC +04:00)
Dekabr ayında Gürcüstan prezidenti Mixail Saakaşvilinin ABŞ-a səfər edəcəyi gözlənilir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə “The Washington Post” qəzetinin Gürcüstandakı hadisələrə həsr olunmuş redaksiya məqaləsində məlumat verilib. Qəzet yazıb ki, M. Saakaşvili yaxın günlərdə Gürcüstanda fövqəladə vəziyyət rejimini ləğv etməsə və özünün demokratik niyyətlərinə beynəlxalq ictimaiyyətin inamını bərpa edən addımlar atmasa, səfər ləğv olunmalıdır. Ağ Evin mətbuat xidməti hələlik səfərlə bağlı açıqlama yaymayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR