Rusiyanın Gürcüstandakı qoşunlarının çıxarması prosesi bu gün başa çatıb

Rusiyanın Gürcüstandakı qoşunlarının çıxarması prosesi bu gün başa çatıb
# 15 noyabr 2007 12:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla da Rusiya qoşunlarının Gürcüstandan çıxarılması prosesi rəsmən başa çatıb. Rusiya Quru Qoşunları komandanlığının təmsilçisi, polkovnik İqor Konaşenkov Gürcüstandakı hərbi bazaların boşaldılması prosesinin vaxtından əvvəl başa çatdığını bəyan edib. Ermənistana göndərilən son eşelon 200 ton avadanlıq yüklənmiş 34 vaqon və platformadan ibarətdir. Rusiyanın Gürcüstandakı son hərbçiləri və onların ailə üzvlərindən ibarət 150 nəfərlik heyət də bu gün Gürcüstanı tərk edib. Batumidəki hərbi bazanın təhvil verilməsi barədə rəsmi aktı Rusiyanın Zaqafqaziyadakı Qoşun Qrupunun komandanı Andrey Popov və Gürcüstan müdafiə nazirinin müavini Batu Kuteliya imzalayıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR