Gürcüstan parlamenti fövqəladə vəziyyətin ləğv olunması barədə qərar qəbul edib

Gürcüstan parlamenti fövqəladə vəziyyətin ləğv olunması barədə qərar qəbul edib
# 15 noyabr 2007 14:19 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu gün ölkə parlamenti prezidentin təşəbbüsü əsasında müvafiq qərar qəbul edib. Parlamentin sədri Nino Burcanadze fövqəladə vəziyyətin ləğvindən sonra ölkənin normal, demokratik rejimdə yaşamağa davam edəcəyini bildirib: “Biz ölkədə sabitliyi və sakitliyi qorumaq üçün əlimizdən gələni etməliyik”. FV-ni ləğvindən sonra “İmedi” istisna olmaqla, bütün telekanallar və radiolar fəaliyyətini bərpa edəcək. “İmedi”nin əmlakına və lisenziyasına həbs qoyulub.
Xatırladaq ki, noyabrın 7-də Tiflisdə baş verən hadisələrdən sonra həmin gecə ölkədə fövqəladə vəziyyət elan olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR