Mixail Saakaşvili ATƏT-i Gürcüstana minlərlə müşahidəçi göndərməyə çağırıb

Mixail Saakaşvili ATƏT-i Gürcüstana minlərlə müşahidəçi göndərməyə çağırıb
# 19 noyabr 2007 08:55 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili ATƏT-i 2008-ci il yanvarın 5-də keçiriləcək növbədənkənar prezident seçkilərinə minlərlə müşahidəçi göndərməyə çağırıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvili bunu ATƏT-in ölkədəki yeni missiyasının rəhbəri Persi Hakala ilə görüşündə deyib. O bildirib ki, Gürcüstanda qeyr-sabitlik hökm sürdüyü və belə şəraitdə demokratik seçki keçirməyin mümkünsüzlüyü yönündə təbliğat aparıldığı bir şəraitdə gürcü xalqı seçkidə iştirakı və demokratikliyi ilə bütün dünyaya avropalı olduğunu sübut edəcək.
Xatırladaq ki, ATƏT Rusiyada dekabr ayında keçiriləcək parlament seçkilərinin müşahidəçiliyindən imtina edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR