Polşa Gürcüstanın hakimiyyəti ilə müxalifət mətbuatı arasında vasitəçilik edəcək

Polşa Gürcüstanın hakimiyyəti ilə müxalifət mətbuatı arasında vasitəçilik edəcək
# 20 noyabr 2007 08:58 (UTC +04:00)
Polşa Gürcüstanın hakimiyyəti ilə müxalifət mətbuatı arasındakı problemlərin həllində vasitəçilik edəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski açıqlama verib. O, rəsmi Varşavanın ABŞ hökuməti və Avropa Birliyinin xahişi ilə Tiflisdə tərəflərlə danışıqlar aparacağını bildirib. Polşa prezidenti Lex Kaçinski noyabrın 23-də bu məqsədlə Gürcüstana yollanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR