Nino Burcanadze: “İmedi” telekanalı ətrafında vəziyyəti avropalı həmkarlarımızla müzakirə edirik

Nino Burcanadze: “İmedi” telekanalı ətrafında vəziyyəti avropalı həmkarlarımızla müzakirə edirik
# 20 noyabr 2007 14:29 (UTC +04:00)
“Gürcüstan hakimiyyəti “İmedi” telekanalının fəaliyyətinin dayandırılması ilə bağlı vəziyyəti Avropadan olan həmkarları ilə müzakirə edirlər. Biz hesab edirik ki, əgər telekanal fəaliyyətini bərpa edərsə, Gürcüstanda baş verən prosesləri real və obyektiv işıqlandırmalıdır”. APA-nın məlumatına görə, bu fikirləri Gürcüstan parlamentinin toplantısında spiker Nino Burcanadze söyləyib. O, söylədiyi fikirlərin “İmedi”nin hakimiyyəti tərifləməli olduğu anlamı daşımadığını deyib. Qeyd edək ki, “İmedi” telekanalının fəaliyyəti noyabrın 7-də baş verən hadisələrdən sonra dayandırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR