Gürcüstan təhsil nazirinin müavini nazir vəzifəsindən imtina edib

Gürcüstan təhsil nazirinin müavini nazir vəzifəsindən imtina edib
# 21 noyabr 2007 11:58 (UTC +04:00)
Gürcüstan təhsil nazirinin müavini Bella Tsipuriya nazir vəzifəsini tutmaqdan imtina edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, hökumətin parlament katibi Georgi Xuroşvili B. Tsipuriyanın prezidentə məktub yazaraq vəzifədən imtina etməsindən sonra təhsil naziri vəzifəsinə onun yerinə Milli İmtahan və Qiymətləndirmə Mərkəzinin sədri Maya Miminoşvilinin namizədliyinin irəli sürüldüyünü deyib: “Parlament bürosu bu məsələni müzakirə edərək müvafiq qərar qəbul edəcək”.
Qeyd edək ki, təhsil naziri Aleksandr Lomaya prezidentin fərmanı ilə Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR