Almaniya Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilini Fransaya təhvil verib

Almaniya Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilini Fransaya təhvil verib
# 10 yanvar 2008 08:35 (UTC +04:00)
Gürcüstan hökumətinin müraciəti əsasında Almaniyada həbs olunmuş sabiq müdafiə naziri İrakli Okruaşvili yanvarın 9-da Fransaya təhvil verilib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Fransa Daxili İşlər Nazirliyinin nümayəndəsi Jerar Qaşe İ. Okruaşvilinin Parisə gətirildiyini açıqlayıb. Xatırladaq ki, keçmiş nazir Gürcüstan Baş Prokurorluğunun xahişi ilə İnterpolun verdiyi order əsasında ötən il noyabrın 27-də Berlində saxlanılıb. İ. Okruaşvili Almaniyaya Fransanın Gürcüstandakı səfirliyinin verdiyi Şengen vizası ilə gəldiyi üçün Paris və Berlin onun ekstradisiya olunub-olunmaması məsələsinə Fransada baxılması barədə razılığa gəliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR