Məşhur şahmatçı Nona Qaprindaşvili Arkadi Patarkasişvilinin partiyasının rəhbəri təyin olunub

Məşhur şahmatçı Nona Qaprindaşvili Arkadi Patarkasişvilinin partiyasının rəhbəri təyin olunub
# 11 yanvar 2008 10:53 (UTC +04:00)
İş adamı Arkadi Patarkasişvilinin seçki qərargahının nümayəndələri Vahid Gürcüstan Demokratik Partiyasının tərkibində fəaliyyətə başladıqları barədə bəyanatla çıxış ediblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu partiya 2007-ci ilin aprelində qeydə alınıb və indi real fəaliyyətə başlayır. Qərargahın nümayəndəsi Qoça Cocua Baş Prokurorluğun A. Patarkasişvili haqqında cinayət işini bərpa etməsindən sonra bu qərara gəldiklərini bildirib: “Qoy hakimiyyət düşünməsin ki, bu, bizi qorxudacaq və sıralarımız pozulacaq. Əksinə, biz elə bu vəziyyətdə bəyan edirik ki, siyasi mübarizəyə hazırıq və parlament seçkilərində iştirak edəcəyik”. Seçki qərargahının rəhbəri David Şukakidze isə məşhur gürcü şahmatçısı Nona Qaprindaşvilinin Vahid Gürcüstan Demokratik Partiyasının sədri səlahiyyətlərinin icraçısı təyin olunduğunu açıqlayıb. Yaxın vaxtlarda qurultay keçiriləcəyini və rəhbərliyin formalaşdırılacağını söyləyən D. Şukakidze partiya rəhbərliyində tanınmış və ictimaiyyətin qəbul etdiyi şəxslərin təmsil olunacağını vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR