ATƏT-in Gürcüstandakı prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Gürcüstan XİN-ə çağırılıb

ATƏT-in Gürcüstandakı prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Gürcüstan XİN-ə çağırılıb
# 11 yanvar 2008 14:59 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Gürcüstandakı prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Diter Boden bu gün Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, XİN-in açıqlamasında bildirilir ki, nazir müavini Georgi Mancqaladze D. Bodenin Almaniya mətbuatına müsahibəsi ilə bağlı ondan izahat istəyib. ATƏT nümayəndəsi isə jurnalistin onun sözlərini yanlış kontekstdə istifadə etdiyini söyləyib: “Boden qeyd etdi ki, müsahibəsində ATƏT missiyasının öz ilkin rəyini dəyişmədiyini deyib, ancaq bu, dərc olunmuş yazıda əksini tapmayıb”. ATƏT təmsilçisi gələn həftə missiyanın seçkilərə dair ilkin hesabatını açıqlayacağını, yekun hesabatın isə fevral ayında dərc olunacağını bildirib. Xatırladaq ki, Diter Boden Almaniya mətbuatına müsahibəsində Gürcüstanda prezident seçkilərindən sonra səslərin sayılması zamanı saxtakarlığa yol verildiyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR