Gürcüstan əhalisinin 72,5 faizi referendumda ölkənin NATO-ya üzvlüyünə tərəfdar çıxıb

Gürcüstan əhalisinin 72,5 faizi referendumda ölkənin NATO-ya üzvlüyünə tərəfdar çıxıb
# 11 yanvar 2008 16:52 (UTC +04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyası yanvarın 5-də prezident seçkiləri ilə paralel keçirilmiş referendumun ilkin nəticələrini açıqlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, “Gürcüstanın NATO-ya daxil olmasını istəyirsinizmi?” sualına seçicilərin 72,5%-i, “Gürcüstan parlamentinə seçkilərin bu ilin yazında keçirilməsini istəyirsinizmi?” sualına isə seçicilərin 69,8%-i müsbət cavab verib. MSK prezident seçkilərinin yekun ilkin nəticəsini də elan edib. Mixail Saakaşvili 53,33%, Levan Qaçeçildze isə 25,6% səs toplayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR