Vladimir Putin Mixail Saakaşvilini təbrik edib

Vladimir Putin Mixail Saakaşvilini təbrik edib
# 17 yanvar 2008 08:53 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin yenidən Gürcüstan prezidenti seçilən Mixail Saakaşviliyə təbrik məktubu göndərib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, V. Putin məktubunda Rusiya ilə Gürcüstan arasında münasibətlərin konstruktiv məcrada inkişafına ümid etmək istədiyini bildirib.
Xatırladaq ki, yanvarın 20-də M. Saakaşvilinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR