Mayda Gürcüstanda parlament seçkisi keçiriləcək

Mayda Gürcüstanda parlament seçkisi keçiriləcək
# 18 yanvar 2008 10:16 (UTC +04:00)
Gürcüstanda növbəti parlament seçkiləri bu ilin may ayında keçiriləcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu parlament sədrinin səlahiyyətlərinin icraçısı Mixail Maçavariani deyib. O bildirib ki, seçki kampaniyası martın sonlarında başlayacaq, bundan əvvəl isə Konstitusiyaya müvafiq düzəlişlər ediləcək.
Qeyd edək ki, mövcud Konstitusiyaya əsasən parlament seçkiləri 2008-ci ilin payızında keçirilməlidir. Ancaq prezident seçkiləri ilə birlikdə keçirilmiş referendumun nəticələrinə uyğun olaraq qanunverici orqana seçki yazda baş tutmalıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR