Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim olunub

Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim olunub
# 24 yanvar 2008 12:33 (UTC +04:00)
Gürcüstan Nazirlər Kabinetinin yeni tərkibi parlamentə təqdim olunub. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, bunu hökumətin parlament katibi Giya Xuroşvili deyib. O bildirib ki, prosedura uyğun olaraq parlament komitələri müvafiq sahələr üzrə yeni nazirlərlə görüş keçirəcək və bundan sonra məsələ parlamentin ümumi müzakirəsinə çıxarılacaq. Yanvarın 23-də baş nazir Lado Qurgenidze bağlı qapılar arxasında parlament komitələrinin rəhbərləri ilə görüşüb. Hələlik yeni tərkib haqqında mətbuata məlumat verilmir. Ancaq Gela Bejuaşvilinin xarici işlər naziri vəzifəsini tutmayacağı dəqiqləşib. Onu bu postda münaqişələrin həlli üzrə dövlət naziri David Bakradzenin əvəz edəcəyi gözlənilir. Hökumətin strukturunda da dəyişiklik edilib. Dövlət naziri postları ləğv edilib və baş nazirin müavinlərinin sayı artırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR