Gürcüstan hökumətinin yeni tərkibi açıqlanıb

Gürcüstan hökumətinin yeni tərkibi açıqlanıb
# 25 yanvar 2008 08:55 (UTC +04:00)
L. Qurgenidze G. Bejuaşvilinin özəl sektorda çalışacağını açıqlayıb. D. Bakradzenin əvəzinə münaqişələrin həlli üzrə dövlət naziri vəzifəsinə Temur Yakobaşvili gətirilib. Yeni yaradılan diaspora üzrə dövlət naziri vəzifəsi İulon Qaqoşidzeyə, regional idarəçilik üzrə dövlət naziri vəzifəsi isə səhiyyə, əmək və sosial müdafiə naziri David Tkeşelaşviliyə həvalə olunub. Qaçqınlar və Məskunlaşdırma Nazirliyinin yerinə yaradılan qaçqınların işi üzrə dövlət naziri portfeli yenidən Koba Subelianiyə verilib. Ədliyyə naziri Eka Tkeşelaşvili baş prokuror, baş prokurorun müavini Nikoloz Qavaramiya ədliyyə naziri təyin olunub. İslahatların koordinasiyası üzrə dövlət naziri vəzifəsi ləğv edilib və bu vəzifəni tutan Kaxa Bendukidze hökumət dəftərxanasının rəhbəri postuna gətirilib. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar naziri vəzifəsinə Botanika İnstitutunun keçmiş direktoru Zaza Qamsemlidze, elm və təhsil naziri vəzifəsinə Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutunun direktoru, politoloq Giya Nodiya, iqtisadi inkişaf naziri vəzifəsinə prezident administrasiyasının rəhbəri Eka Şaraşidze, mədəniyyət, idman və abidələrin mühafizəsi naziri postuna Nika Maseişvili, səhiyyə, əmək və sosial müdafiə naziri postuna Sandro Kvitaşvili təyin olunub. Hökumətdə baş nazirin yeganə müavini olacaq və bu postu Avropa və avroatlantik inteqrasiya naziri Georgi Baramidze tutacaq. Daxili işlər naziri Vano Merabişvili, müdafiə naziri David Kezeraşvil, energetika naziri Aleksandr Xetaquri və maliyyə naziri Nika Gilauri isə öz vəzifələrində qalıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR