“İmedi” teleşirkətinin əmlakına həbs qoyulub

“İmedi” teleşirkətinin əmlakına həbs qoyulub
# 25 yanvar 2008 13:52 (UTC +04:00)
Tiflis şəhər Məhkəməsi iş adamı Arkadi (Badri) Patarkasişvilinin təsisçisi olduğu “İmedi” teleşirkətinin əmlakına həbs qoyub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, teleşirkətin vəkili Şalva Şavqulidze “İmedi”nin səhmlərinin bütün 100%-nə həbs qoyulduğunu açıqlayıb və bunun səbəblərini şərh etmək istəməyib.
Qeyd edək ki, “İmedi” teleşirkətinin səhmlərinin hamısına sahib olan A. Patarkasişvili dövlət çevrilişinə cəhd və sui-qəsd hazırlığında ittiham olunur. Onun barəsində beynəlxalq axtarış elan edilib. “İmedi” televiziyası isə prezident seçkiləri ərəfəsində yayımını dayandırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR