BMT Təhlükəsizlik Şurasında Gürcüstan-Abxaziya münaqişəsinə həsr olunmuş qapalı məsləhətləşmələr keçirilib

BMT Təhlükəsizlik Şurasında Gürcüstan-Abxaziya münaqişəsinə həsr olunmuş qapalı məsləhətləşmələr keçirilib
# 30 yanvar 2008 07:42 (UTC +04:00)
APA-nın BMT-nin saytına istinadən yaydığı məlumata görə, məsləhətləşmələrdə BMT-nin Gürcüstanda müşahidəçi missiyasının rəhbəri Jan Arno çıxış edərək Təhlükəsizlik Şurasının üzvlərinə Abxaziyada vəziyyət ilə bağlı BMT baş katibinin sonuncu məruzəsini təqdim edib. Məruzədə deyilir ki, son zamanlar Gürcüstan-Abxaziya münaqişəsi zonasında silahlı toqquşma və konfrontasiya qeydə alınmayıb, lakin bu pozitiv fonda düşmənçilik və qorxu doğuran dezinformasiyalar yayılıb. Baş katib qeyd edib ki, Gürcüstan-Abxaziya münaqişənin həllində siyasi proses dalana dirənib. 2007-ci ildə tərəflər arasında münasibət ən aşağı səviyyədə olub. Pan Gi Mun hesab edir ki, BMT-nin Katibliyi Dostlar Qrupunun dəstəyi ilə Abxaziyada sülh prosesinin qiymətləndirilməsini apara bilər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR