Ermənistan prezidenti hökumətin istefasını qəbul edib - YENİLƏNİB

Ermənistan prezidenti hökumətin istefasını qəbul edib - YENİLƏNİB
# 25 aprel 2021 13:18 (UTC +04:00)

Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib.

APA bildirir ki, bu barədə prezidentin veb saytında məlumat verilib. Prezidentin fərmanda deyilir ki, Konstitusiyanı rəhbər tutaraq hökumətin istefası qəbul edilir.

Saat 12:28

Ermənistan Prezidentinin administrasiyası Baş nazir Nikol Paşinyandan istefa məktubu alıb.

APA bildirir ki, bu barədə RİA Novosti-yə prezidentin köməkçisi Hasmik Petrosyan məlumat verib.

Prezident Armen Sarkisyanın hökumət başçısının istefasını qəbul edib etməməsinə gəldikdə isə Petrosyan "Müraciəti bu anda qəbul etdik" deyə cavab verib.

Qeyd edək ki, bu gün Paşinyan ölkədə növbədənkənar parlament seçkiləri keçirmək üçün istefa etdiyini açıqlayıb. O, eyni zamanda seçkiyə kimi isə hökumət başçısı kimi fəaliyyət göstərməyə davam edəcəyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR