FTX: Rusiyada partlayışlar planlaşdıran Ukrayna neonasistləri saxlanılıb - YENİLƏNİB

FTX: Rusiyada partlayışlar planlaşdıran Ukrayna neonasistləri saxlanılıb - YENİLƏNİB
# 29 aprel 2021 11:54 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkədə partlayışlar və silahlı hücumlar hazırlayan Ukraynanın M.K.U radikal gənclər cəmiyyətinin 16 üzvünü saxlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya FTX məlumat yayıb.

Məlumata əsasən, M.K.U-nun başçısı Yeqor Krasnov Ukraynadan qruplaşmanın Rusiya ərazisindəki fəaliyyətini koordinasiya edib. Cəmiyyətə yeni üzvlər mərhələli şəkildə cəlb olunub. Üzvlərə əvvəlcə binalara ekstremist yazılar yazmaları, daha sonra evsiz insanları və ya gəncləri döymələri təklif edilib. Sonra vətəndaşlara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı hücum etmək, hakimiyyət orqanlarının binalarına od vurmaq və partlayışlar törətmək tapşırığı verilib.

FTX-dan saxlanılan şəxslərin bu məlumatları təsdiqlədikləri bildirilib. Axtarışlar zamanı soyuq silahlar, ekstremist atributlar, törədilmiş və planlaşdırılan terror və ekstremist cinayətlər barədə məlumatlar, qrup rəhbərinə göndərilən zorakı hərəkətlər barədə video hesabatlar və onunla yazışmalar aşkarlanıb.

***

saat 10:56

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin 9 şəhərində Ukrayna neonasistlərinin tərəfdarlarına qarşı əməliyyat keçirdiyini açıqlayıb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilir ki, əməliyyat çərçivəsində 16 nəfər saxlanılıb.

Məlumatda saxlanılan şəxslərin partlayışlar və silahlı hücumlar törətməyə hazırlaşdıqları deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR