İrəvanda yüzə yaxın insan məhkəmə binasının qarşısına toplaşıb

İrəvanda yüzə yaxın insan məhkəmə binasının qarşısına toplaşıb
# 15 noyabr 2020 14:07 (UTC +04:00)

İrəvanda yüzə yaxın insan məhkəmə binasının qarşısına toplaşdığı bildirilir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, könüllü dəstə komandiri Aşot Minasyanın yüzə yaxın tərəfdarı İrəvanda Şenqavit Rayon Məhkəməsinin qarşısına toplaşıb.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti şənbə günü Baş nazir Nikol Paşinyana siyasi rəqibləri tərəfindən sui-qəsd cəhdinin olduğunu bildirib.

Sisyan könüllü dəstəsinin komandiri Aşot Minasyan da daxil olmaqla bir neçə nəfər cinayət əməllərində şübhəli bilinərək saxlanılıb.

Məlumata görə, hazırda məhkəmə binasının qarşısına toplanan tərəfdarlar sakit davranır, şüarlar səsləndirmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR