Koronavirusa yoluxan Özbəkistan Baş Nazirinin müavini vəfat edib

Koronavirusa yoluxan Özbəkistan Baş Nazirinin müavini vəfat edib
# 20 sentyabr 2020 14:17 (UTC +04:00)

Özbəkistan Baş Nazirinin müavini, hökumətdə kənd təsərrüfatı və ərzaq sahəsinə cavabdehlik daşıyan Uktam Barnoyev vəfat edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Özbəkistan Nazirlər Kabinetinin Operativ Qərargahı 56 yaşlı U. Barnoyevin yeni növ koronavirusa (COVİD-19) yoluxma nəticəsində vəfat etdiyini açıqlayıb.

Qeyd edək ki, Özbəkistan Səhiyyə Nazirliyi iyulun sonlarında COVİD-19-a yoluxduğu aşkarlanan U. Barnoyevin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Sonradan Baş Nazirin müavininin Daşkənddə, daha sonra isə Almaniyada klinikalardan birində müalicə aldığı məlum olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR