Kreml: “OPEC+” razılaşmasında uduzan yoxdur

Kreml: “OPEC+” razılaşmasında uduzan yoxdur
# 10 aprel 2020 17:47 (UTC +04:00)

“Neft hasilatının azaldılması ilə bağlı “OPEC+” razılaşmasında uduzan yoxdur. Bu qərardan həm neft istehsal edən ölkələr, həm istehlak edən ölkələr, həm də ümumilikdə dünya iqtisadiyyatı udub”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü prezident Vladimir Putinin “OPEC+” razılaşmasına münasibətini də açıqlayıb: "Prezident Putin razılaşdırılmış sənədi çox müsbət qiymətləndirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR